Bakı. 5 avqust. REPORT.AZ/ Bərdə rayonunda ilan sancması hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Lənbərən kəndində baş verib.
Belə ki, 5 yaşlı kənd sakini Cəfərova Fatimə Ceyhun qızı anası ilə birlikdə böyürtkən yıgarkən onu ayağından ilan sancıb.
Azyaşlı xəstəxanaya yerləşdirilib
Onun vəziyyəti orta agır qiymətləndirilir.