Bərdədə 42 yaşlı kişi bıçaqlanıb

Bərdədə 42 yaşlı kişi bıçaqlanıb Bərdə rayonunda 42 yaşlı kişi bıçaqlanıb.
Hadisə
20 Avqust , 2019 12:08
Bərdədə 42 yaşlı kişi bıçaqlanıb

Bərdə rayonunda 42 yaşlı kişi bıçaqlanıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, 1977-ci il təvəllüdlü rayon sakini İntiqam Həsənov bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı bədəninin müxtəlif nahiyələrindən üç bıçaq xəsarəti alıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi