Yuxarı

Bərdədə 4 uşaq anası intihar edib

​Bərdədə 4 uşaq anası intihar edib

Bərdə rayonunda 4 uşaq anası intihar edib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Seyidyusifli kəndində baş verib.

Belə ki, 1973-cu il təvəllüdlü Ərəbova Şəraitə Dadaş qızı şirkə turşusu içərək özünü öldürüb.

Yerli sakinlərin verdiyi məlumata görə, Ş Ərəbova Bakı şəhər sakinidir. Ağdərə rayon sakini ilə ailə həyatı quraraq Seyidyusifli kəndində yaşayır. Dörd uşaq anası olan qadının həyat yoldaşı xəstə olduğundan psixoloji sarsıntılar keçirib. Bu səbəbdən də 46 yaşlı qadın intihar edib. Qadın Bakı şəhərində yerləşən xəstəxanaların birinə çatdırılsada həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi