Bərdə. 28 noyabr. REPORT.AZ/ Bərdə rayonunda baş verən kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan şəxslər müəyyən edilib.
Bərdə rayon Polis Şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, ötən gün rayonun Lək kəndi ərazisində baş verən kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan kənd sakini, Cəfərov Faiq Əfqan oğlu və 1993-cü il təvəllüdlü Zamanov Kənan Sərxan oğlu polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, ötən gün Lək kəndi ərazisində yerləşən meşədə bir qrup gənc arasında baş verən kütləvi dava zamanı 4 nəfər bıçaq xəsarəti alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.