Bərdədə 37 yaşlı piyadanı maşın vurub

Bərdədə 37 yaşlı piyadanı maşın vurub Onun vəziyyəti orta ağır qiymətləndirilir
Hadisə
20 Avqust , 2015 23:23
Bərdədə 37 yaşlı piyadanı maşın vurub

Bakı. 20 Avqust. REPORT.AZ/ Bərdədə piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

"Report" yerli sakinlərə istinadən xəbər verir ki, rayonun Güloğlular kəndi ərazisində təzə bazarın yaxınlığında baş verən qəzada kənd sakini 37 yaşlı İbrahimov Ramil Famil oğlu "Mercedes" marakalı avtomobil tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatırılıb.

Həkimlərin verdiyi məlumata görə, Travmatalogiya şöbəsində olan yaralı kişinin vəziyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi