Bərdədə 33 yaşlı sakin bıçaqlanıb

Bərdədə 33 yaşlı sakin bıçaqlanıb Bərdə. 15 may. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
15 May , 2018 23:14
Bərdədə 33 yaşlı sakin bıçaqlanıb

Bərdə. 15 may. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Soğanverdilər kəndində qeydə alınıb.

Kənd sakini, 33 yaşlı Mütalib Paşayev həmyerlisi tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi