Bərdədə 32 yaşlı kişi özünü yandırıb - YENİLƏNİB

Bərdədə 32 yaşlı kişi özünü yandırıb - YENİLƏNİB Ramin Həmidov üzərinə benzin tökərək özünə od vurub
Hadisə
8 Mart , 2017 19:08
Bərdədə 32 yaşlı kişi özünü yandırıb - YENİLƏNİB

Bərdə. 8 mart. REPORT.AZ/ Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayon məhkəməsinin binası qarşısında olub.

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Həmidov Ramin Rəhim oğlu üzərinə benzin tökərək özünə od vurub.

Otuz iki yaşlı gənc təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisəyə səbəb məhkəmənin həyat yoldaşından ayrılan R.Həmidov barəsində aliment ödənişi qərarının cıxarması olub. O, məhkəmənin qərarına etiraz edərək özünü yandırıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi