Bərdədə 30-a yaxın küp tapılıb - FOTO

Bərdədə 30-a yaxın küp tapılıb - FOTO Ərazidən tapılan irili-xırdalı küplərin içərisindən zinət və bəzək əşyaları çıxıb
Hadisə
1 İyun , 2015 18:15
Bərdədə 30-a yaxın küp tapılıb - FOTO

Bakı. 1 iyun. REPORT.AZ/ Bərdə rayonunun Mürəssəfli kəndində qədim muncuqlar və misdən düzəldilən zinət əşyaları olan iri küplər tapılıb.

"Report"un məlumatına görə, kənd sakini Azər Əsədovun həyətindən tapılan küplərin əksəriyyəti qırılsa da, sağ qalanları da var. Ev sahibinin dediyinə görə, həyətində bəslədiyi dovşanlara daldalanacaq düzəltmək məqsədilə yeri qazıb. Qazdığı iki quyudan 30-a yaxın irili-xırdalı küplər tapıb. Azər Əsədov tapdığı əşyaları mühafizə etmək məqsədilə evində kiçik muzey yaratmaq niyyətindədir. Kənd sakinlərinin qədim əşyaların tarixi haqqında heç bir məlumatı yoxdur. Sakinlər bu səbəbdən də əraziyə tezlikə arxeloqların gəlməsini istəyirlər.

Son xəbərlər

Orphus sistemi