Bərdədə 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutulub - YENİLƏNİB

Bərdədə 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutulub - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Hadisə
9 Dekabr , 2017 12:06
Bərdədə 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutulub - YENİLƏNİB
Courtesy İmage

Bərdə. 9 dekabr. REPORT.AZ/ Bərdə rayonunda 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini oğurlayan şəxs tutulub.

Bu barədə "Report"un Qarabağ bürosuna DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Məlumata görə, hadisə yerindən qaçan şəxsin Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Orxan Rafiq oğlu Kazımov olduğu müəyyən edilib və tapılaraq istintaqa cəlb edilib. Qaçırılan avtomobil də aşkar edilərək sahibinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


*** 22:55

Bərdə. 8 dekabr. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, hadisədən sonra onun avtomobili də qaçırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi