Bərdədə 17 yaşlı oğlanı maşın vurub, sürücü qaçıb

Bərdədə 17 yaşlı oğlanı maşın vurub, sürücü qaçıb Yaralının vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
29 Mart , 2017 11:37
Bərdədə 17 yaşlı oğlanı maşın vurub, sürücü qaçıb

Bərdə. 29 mart. REPORT.AZ/ Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, rayon sakini 2000-ci il təvəllüdlü İlqar Vüqar oğlu Məmmədovu yolu keçmək istəyərkən sürücüsü hələlik məlum olmayan "VAZ-2107" markalı avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı isə ətrafdakıların köməyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hadisəni törədərək hadisə yerindən qaçan sürücünün tapılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi