Bərdədə 17 yaşlı oğlan evlərindən oğurluq edib

Bərdədə 17 yaşlı oğlan evlərindən oğurluq edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
1 noyabr 2017 13:58
Bərdədə 17 yaşlı oğlan evlərindən oğurluq edib

Bərdə. 1 noyabr. REPORT.AZ/ Bərdə rayonunda 17 yaşlı oğlan evlərindən oğurluq edib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayon sakini Fərhad Həsənov Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək evindən evindən 3500 manat, 1400 dollar və 100 manat dəyəri olan qızıl sırğanın oğurlandığı barədə məlumat verib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, evdən oğurluq edən şəxs onun 17 yaşlı oğlu Mədət Həsənov olub. 

M.Həsənov ilkin dirdirmələr zamanı etdiyi əməli etiraf edərək evdən yalnız 1700 dollar və 100 manat dəyərində sırğanı oğurladığını, atasının verdiyi şikayət ərizəsinin yanlış olduğunu bildirib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi