Bərdədə 15 yaşlı qız qaçırılıb - YENİLƏNİB

Bərdədə 15 yaşlı qız qaçırılıb - YENİLƏNİB Bərdə. 13 dekabr. REPORT.AZ/ Bərdə rayonunda qaçırılan 15 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.
Hadisə
13 Dekabr , 2018 17:49
Bərdədə 15 yaşlı qız qaçırılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bərdə. 13 dekabr. REPORT.AZ/ Bərdə rayonunda qaçırılan 15 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Ş.H-nın və onu qaçıran Habil İsmayılovun yeri müəyyən edilib. 15 yaşlı qız ailəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, 15 yaşlı qız evlənmək məqsədi ilə könüllü olaraq qoşulub qaçıb. Bu səbəbdən cinayət işi başlanmayıb. Hər iki şəxsdən izahat alınaraq sərbəst buraxılıb.


*** 10:37

Bərdə. 13 dekabr. REPORT.AZ/ Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

"Report" un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək üçün qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi