Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb - ƏLAVƏ OLUNUB

Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb - ƏLAVƏ OLUNUB Bərdə. 7 dekabr. REPORT.AZ/ Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb.
Hadisə
7 Dekabr , 2018 17:03
Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

Bərdə. 7 dekabr. REPORT.AZ/ Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki pirotexniki vasitəni alışdırarkən ehtiyatsızlıqdan onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədəninin müxtəlif nahiyələri yanıb. 

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


***

Bərdə rayon Polis şöbəsindən "Report"a bildirilib ki, hadisə zamanı 10 yaşlı uşağın əlində pirotexniki vasitə yox, kibrit dənələri olub:

"Uşaq bir neçə kibrit dənəsini bir-birinə bağlayaraq, alışdırıb. Nəticədə o, əl və üz nahiyələrindən yanıq xəsarətləri alıb".

Son xəbərlər

Orphus sistemi