Bərdədə 1 tondan çox çətənə kolu aşkar edilib

Bərdədə 1 tondan çox çətənə kolu aşkar edilib Eyni zamanda rayon sakini 57.05 qram heroin və 1.44 qram tiryək ilə tutulub
Hadisə
17 İyun , 2018 22:30
Bərdədə 1 tondan çox çətənə kolu aşkar edilib
Report

Bərdə. 17 iyun. REPORT.AZ/ Bərdə rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluğu olan rayon sakini Bəxtiyar Əliyev tutulub.

Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 57.05 qram heroin və 1.44 qram tiryək aşkar edilərək götürülüb.

Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lənbəran kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 ton 200 kiloqram olan 1422 ədəd çətənə kolu aşkar edilərək yandırılıb.

Hər iki faktla bağla araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi