Bakı. 7 iyun. REPORT.AZ/ Bərdə rayonunda yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.