Bərdə, Tərtər və Ağdamda 8 nəfər yıxılaraq xəsarət alıb - FOTO

Bərdə, Tərtər və Ağdamda 8 nəfər yıxılaraq xəsarət alıb - FOTO Faktla bağlı hər üç rayonun polis şöbəsində araşdırma aparılır
Hadisə
5 Yanvar , 2018 00:22
Bərdə, Tərtər və Ağdamda 8 nəfər yıxılaraq xəsarət alıb - FOTO
"Report"

Bərdə. 5 yanvar. REPORT.AZ/ Bərdə, Tərtər və Ağdam rayonlarında səkkiz nəfər yıxılaraq ağır xəsarət alıb.

Bu barədə məlumat "Report"un Qarabağ bürosuna Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilib.

Bərdə rayon sakinləri: - 1967-ci il təvəllüdlü Hüseynova Mətanət Moşu qızı, 1967-ci təvəllüdlü Əliyeva Gülnar Cuma qızı, 1988-ci il təvəllüdlü Əhmədova Aytəkin Muxtar qızı, 1985-ci il Cəfərov Vüsal Məhərrəm oğlu, 2015-ci il təvəllüdlü Vəlizadə Nurəli İsa oğlu, Ağdam rayon sakinləri: - 1936-cı il təvəllüdlü Məmmədova Məleykə İmran qızı, 2014-cü il təvəllüdlü Xudiyev Əli Cəmaləddin oğlu və Tərtər rayon sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Gülşən Məmi qızı yıxılaraq müxtəlif bədən xəsarətləri aldığından Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Travmatalogiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti həkimlər tərəfindən kafi qiymətləndirilir.

Faktla bağlı hər üç rayonun polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi