Bərdə. 22 may. REPORT.AZ/ Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yerləşən aptekdə yanğın olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, yanğın zamanı aptekdə olan kondisioner, həmin hissədə olan dərman preparatları yanıb. Nəticədə sahibkar Şəmsi İlyasova 50 min manat ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Aptekin qalan hissəsi yanğından qorunub. Yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.