Bakı. 30 iyun. REPORT.AZ/ Bərdə rayonunun sakini quduzluq xəstəliyinə yoluxma ehtimalı ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. "Report" xəbər verir ki, 17 yaşlı İlqar Həsənovun quduz itin hücumuna məruz qalması güman olunur.
Belə ki, zərərçəkəndə xəstəliyin ilkin əlamətləri birüzə versə də, xəstəxanada müalicə və müayinə işləri aparılır.
Qeyd edək ki, 17 yaşlı gənc ətrafdakı insanlara hücüm edərək onlara ciddi xəsarətlər yetirib. Həmçinin, İ.Həsənovun yaşadığı evin həyətindəki saxlanılan it isə baytar nəzarətinə götürülüb. Baytar həkimlərin sözlərinə görə, bu cür hallarda quduzluğa tutulmuş it 10 gün ərzində mütləq ölməlidir.