Bərdə sakininin pul kartından 5000 manat çıxaran şəxs saxlanılıb

Bərdə sakininin pul kartından 5000 manat çıxaran şəxs saxlanılıb Bakı. 14 dekabr. REPORT.AZ/ Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından, təxminən, 5 min manatın çıxarıldığını bildirib.
Hadisə
14 Dekabr , 2018 11:53
Bərdə sakininin pul kartından 5000 manat çıxaran şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından, təxminən, 5 min manatın çıxarıldığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi