Bərdə. 1 sentyabr. REPORT.AZ/ Bərdə rayonunun Zumurxan kəndində yerli sakinin həyətində narkotik maddə olan çətənə kolları aşkar edilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini Məmmədov Teyyub İsa oğlunun yaşayış evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilmiş uzunluğu 170-190 santimetr olan 17 ədəd çətənə kolu və çəkisi 3.775 kiloqram olan qurudulmuş çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.




