Bərdə sakininin evində 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb

Bərdə sakininin evində 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini İsrəfilov Seymur Allahverən oğlu saxlanılıb, həmin şəxsin
Hadisə
13 Dekabr , 2023 23:12
Bərdə sakininin evində 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini İsrəfilov Seymur Allahverən oğlu saxlanılıb, həmin şəxsin yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib.

Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi