Bərdə sakini üç qadını aldadıb bank kartlarından pul çıxarıb

Bərdə sakini üç qadını aldadıb bank kartlarından pul çıxarıb Bərdə rayonunda dələduzluq etdiyinə görə tutulan şəxsin digər cinayətləri də məlum olub.
Hadisə
12 Noyabr , 2019 13:02
Bərdə sakini üç qadını aldadıb bank kartlarından pul çıxarıb

Bərdə rayonunda dələduzluq etdiyinə görə tutulan şəxsin digər cinayətləri də məlum olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dələduzluq etdiyinə görə tutulan E.Qurbanovun ətrafında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon sakinləri olan üç qadını aldadıb bank kartlarından, ümumilikdə, 964 manatı çıxararaq oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi