Bərdə sakini qonşusunu topuğundan güllələdi

Bərdə sakini qonşusunu topuğundan güllələdi Bərdə sakini münaqişə zəminində tüfəngdən açıb.
Hadisə
7 Sentyabr , 2020 13:04
Bərdə sakini qonşusunu topuğundan güllələdi

Bərdə sakini münaqişə zəminində tüfəngdən açıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə,  hadisə sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində baş verib.

Kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi