Bərdə sakini qonşusu tərəfindən döyülüb

Bərdə sakini qonşusu tərəfindən döyülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Oktyabr , 2017 20:16
Bərdə sakini qonşusu tərəfindən döyülüb

Bərdə. 9 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda 39 yaşlı kişi qonşusu tərəfindən döyülüb.

"Report"un Qarabağ bürosu məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.   

Belə ki, Bərdə şəhər sakini, 39 yaşlı Xaləddin Ramazanov öz qonşusu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən X.Ramazanovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi