Bərdə sakini həmyerlisi tərəfindən ölümcül döyülüb

Bərdə sakini həmyerlisi tərəfindən ölümcül döyülüb Bərdə. 13 noyabr. REPORT.AZ/ Bərdə rayon sakini həmyerlisi tərəfindən döyülüb.
Hadisə
13 noyabr 2018 06:26
Bərdə sakini həmyerlisi tərəfindən ölümcül döyülüb

Bərdə. 13 noyabr. REPORT.AZ/ Bərdə rayon sakini həmyerlisi tərəfindən döyülüb.

"Report" un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Vasif Nazim oğlu Hüseynov ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Küt alətləri ilə vurulan 37 yaşlı kişinin vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi