​Bərdədə yanğın baş verən evdə qadın meyiti aşkar edilib

​Bərdədə yanğın baş verən evdə qadın meyiti aşkar edilib Hadisə səhər saatlarında rayonun Qəhrəmanlı kəndində qeydə alınıb
Hadisə
1 Fevral , 2015 11:19
​Bərdədə yanğın baş verən evdə qadın meyiti aşkar edilib

Bakı. 1 fevral. REPORT.AZ/ Səhər saatlarında Bərdə rayonunun Qəhrəmanlı kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1941-ci il təvəllüdlü Əliyeva Güllü Əyyub qızına məxsus birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Son xəbərlər

Orphus sistemi