Yuxarı

Bərdə sakini əmisi oğlunun qoyunlarını oğrulayıb

Gənclərdən ibarət oğru dəstə qoyunları satmaq isəyib

Bakı. 16 fevral. REPORT.AZ / Bərdənin Hacallı kəndində 96 baş qoyunu oğurlayan gənclərdən ibarət dəstə tutulub.

Bərdə rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Niyazi Zeynalovun verdiyi məlumata görə, rayonun Hacallı kəndində qoyun oğrulayan şəxslər kecirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində tutulub.

Bunlar Elşən Hidayətzadə, Namiq Musayev və Sərvər Nəcəfovdur.Namiq Musayev qoyun sahibinin öz doğma qardaşı oğludur.Gənclərdən ibarət oğru dəstə qoyunları əvvəlcə satmaq isətəslər də daha sonra oğurluq etdikləri yerdən təqribən 5 km məsafədə tərk edərək aradan çıxıblar. Həmin şəxslər tutularaq istintaq bölməsinə təqdim edilib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi