Bərdə rayonunda 39 yaşlı kişi bıçaq xəsarəti alıb.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayonun İmamqulubəyli kənd sakini, 1979-cu il təvəllüdlü Gündüz Aydın oğlu Babayev döş qəfəsindən və bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumatlara görə, 39 yaşlı kişinin hələ ki bilinməyən səbəbdən əsəbləşərək özü-özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.