Bərdədə yük maşını partlayıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bərdədə yük maşını partlayıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Bərdə rayonunda iki yük avtomobili toqquşaraq yanıb.
Hadisə
7 iyun 2019 13:45
Bərdədə yük maşını partlayıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bərdə rayonunda iki yük avtomobili toqquşaraq yanıb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb. 

Belə ki, "QAZel" markalı iki yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərinin birinin yanacaq çənində partlayış baş verib. 

Hadisə zamanı 3 nəfər  - 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov, 1983-cü il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və Nizami Tapdıq oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 15:12

Bərdə rayonunda baş verən yol qəzası zamanı avtomobillər yanıb. 

"Report"un məlumatına görə, hadisə rayonun Alpout kənd yolunda baş verib.

İlkin məlumata görə, yanacaqdoldurma məntəqəsinin yaxınlığında 2 avtomobil toqquşub və yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi