Bərdə rayonunda ev yanıb

Bərdə rayonunda ev yanıb Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
18 Fevral , 2015 09:12
Bərdə rayonunda ev yanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bərdə rayonunun Saatlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin iki otağının tavanı 62 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hıssəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi