Bərdə Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub

Bərdə Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.
Hadisə
3 Oktyabr , 2019 21:44
Bərdə Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub

Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.

Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.

Son xəbərlər

Orphus sistemi