Bərdə Rayon Polis Şöbəsi rəisinin iki müavini işdən çıxarılıb

Bərdə Rayon Polis Şöbəsi rəisinin iki müavini işdən çıxarılıb Şöbənin cinayət-axtarış bölməsinin rəisi də tutduğu vəzifədən azad edilib
Hadisə
6 Dekabr , 2016 15:22
Bərdə Rayon Polis Şöbəsi rəisinin iki müavini işdən çıxarılıb

Bərdə. 6 dekabr. REPORT.AZ/ Bərdə Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şöbə rəsinin əməliyyat işləri üzrə müavini Natiq Hüseynov işdən azad edilərək təqaüdə göndərilib. 

Bundan başqa, şöbə rəisinin kadrlar üzrə müavini Ramiz Abbasov və cinayət-axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov da tutduqları vəzifədən azad ediliblər. Onlar başqa rayonlara təyinat alıblar. 

RPŞ-nin istintaq bölməsinin rəisi, polis mayoru Zaur Nəsirov əməliyyat işləri üzrə müavin, Xəzər Rayon Polis Şöbəsinin (RPŞ) polis mayoru Bayram Mirzəyev isə Bərdə Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsinə təyin olunub. 

Xatırladaq ki, bu ilin sentyabr ayında daxili işlər naziri Ramil Usubovun əmri ilə İlqar Məmmədov Bərdə RPŞ-yə rəis təyin edilib.

Son xəbərlər

Orphus sistemi