Bərdədə polis reyd keçirib, azyaşlılara tütün məmulatları və spirtli içkilər satanlar aşkar edilib

Bərdədə polis reyd keçirib, azyaşlılara tütün məmulatları və spirtli içkilər satanlar aşkar edilib Bu istiqamətdə reydlər davam etdirilir
Hadisə
14 Yanvar , 2019 09:51
Bərdədə polis reyd keçirib, azyaşlılara tütün məmulatları və spirtli içkilər satanlar aşkar edilib

Bərdə. 14 yanvar. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, yanvarın 12-də Bərdə Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib.
Reyd nəticəsində rayon ərazisində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları və spirtli içkilər satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və onlar cərimələniblər.

Bu istiqamətdə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi