Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb - FOTO

Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
102
26 May , 2017 13:38
Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb - FOTO
Report.az

Bərdə. 26 may. REPORT.AZ/ Bərdə rayonunda sərxoş sürücü qəza törədib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobillər toqquşub. 

Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"VAZ-2107"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.

Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi