Bəndovan Dövlət Təbiət Yasaqlığında yanğın olub

Bəndovan Dövlət Təbiət Yasaqlığında yanğın olub Yanğın artıq söndürülüb
Hadisə
3 İyun , 2018 20:14
Bəndovan Dövlət Təbiət Yasaqlığında yanğın olub

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 3-də saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur.

Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.

Hadisə yerinə dərhal ETSN və FHN-in əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.

Son xəbərlər

Orphus sistemi