Yuxarı

Bələdiyyəyə məxsus ərazi yanır

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir

Bakı. 18 avqust. REPORT.AZ/ Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus sahədə yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, bu gün saat 14 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus kolluq örüş sahəsində yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi