Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb Məhkəmə baxışı iyunun 14-ə təyin edilib
Hadisə
31 May , 2016 11:31
Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. Belə ki, 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında Həsənovların evinə gəlib və mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi