Bələdiyyə sədrini və həyat yoldaşını öldürənlərin məhkəməsi davam etdirilib

Bələdiyyə sədrini və həyat yoldaşını öldürənlərin məhkəməsi davam etdirilib Məhkəmənin növbəti iclasl sentyabrın 8-nə təyin olunub
Hadisə
1 Sentyabr , 2016 18:09
Bələdiyyə sədrini və həyat yoldaşını öldürənlərin məhkəməsi davam etdirilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Günel və Günay İsmayılova bacıları ifadə veriblər.

Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan bacılar bildiriblər ki, 2014-cü ilin noyabrın 23-də təqsirləndirilən F.Hüseynova onlara gəlib: "Fədai ilə qohum olmuşuq. O, yaşadığımız evə gəlib, atamız Araz İsmayılovu döyüb, bizi də hədələdi. Biz də polisə müraciət etmişik. Bundan sonra Fədaiyə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb".

Məhkəmənin növbəti iclasl sentyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi