Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsin məhkəmə istintaqı başa çatıb

Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsin məhkəmə istintaqı başa çatıb Bələdiyyənin şöbə müdiri şahid qismində dindirilib
Hadisə
8 Sentyabr , 2016 12:49
Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid Əli Məmmədov ifadə verib.

O, Saray qəsəbəsində toraq almaq üçün 6 min manat pul ödədiyini deyib: "Daha sonra torpağın sənədini almışam. İndi isə heç bir şikayətim yoxdur".

Daha sonra Namiq Həsənov, Saməddin Şabanov, Saray Bələdiyyəsinin Təsərrüfat şöbəsinin müdiri Ziyadxan Məmmədov şahid qismində dindirilib.

Z.Məmmədov bildirib ki, bələdiyyə sədri və təqsirləndirilən şəxslə münasibətləri yaxşı olub: "Hadisədən əvvəl Vəsilə xanım adıma 1 hektardan çox torpaq sahəsi keçiriləcəyi ilə mağlı mənə məlumat verdi. Bunun qanuni olub-olmamasını soruşanda, o, tam qanuni olduğunu və narahat olmamağımı bildirdi. Razılaşıb, sənədlərə qol çəkdim. İndi adıma həmin torpaqlardan 50 sotu qalır”.

Hakim şahidə xəbərdarlıq edib ki, bu işlə bağlı cinayət işi olduğundan həmin torpaq sahəsinin satışı qadağandır.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı Fərid Nağıyev çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi