​Belarusda polisə rüşvət təklif edən sərxoş azərbaycanlı piyada saxlanılıb

​Belarusda polisə rüşvət təklif edən sərxoş azərbaycanlı piyada saxlanılıb O 5 ilədək müddətə azadlıqdan məhrum edilə bilər
Hadisə
15 Sentyabr , 2015 01:32
​Belarusda polisə rüşvət təklif edən sərxoş azərbaycanlı piyada saxlanılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Belarusun paytaxtı Minsk şəhərində polisə rüşvət təklif edən Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Baş İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, sərxoş azərbaycanlı avtomobil yolunu piyadalar üçün müəyyən olunmamış yerdən keçib. Bu fakt Yol Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib.

Qanun pozucusu barəsində inzibati protokol tərtib olunub. Lakin o, hakimiyyət nümayəndəsinə 400 min Belarus rublu təklif edib və bu səbəbdən saxlanılıb.

Rüşvət vermək faktı üzrə cinayət işi qaldırılıb. Azərbaycan vətəndaşı 5 il müddətinədək azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi