Belarusda aksiyalarda iştirak edən azərbaycanlı saxlanıldı

Belarusda aksiyalarda iştirak edən azərbaycanlı saxlanıldı Belarusun paytaxtı Minskdə keçirilən aksiyalarda 1980-ci il təvəllüdlü, əslən Azərbaycanın Salyan rayonundan olan, Ukrayna vətəndaşı Şirinov Səməd Sabit oğlu saxlanılıb.
Hadisə
5439
13 Sentyabr , 2020 12:28
Belarusda aksiyalarda iştirak edən azərbaycanlı saxlanıldı

Belarusun paytaxtı Minskdə keçirilən aksiyalarda 1980-ci il təvəllüdlü, əslən Azərbaycanın Salyan rayonundan olan, Ukrayna vətəndaşı Şirinov Səməd Sabit oğlu saxlanılıb.

"Report"un Avropa bürosunun məlumatına görə, S.Şirinov Kiyevə deportasiya olunub.

Minsk şəhərinin Sovetsk Rayon Məhkəməsi qərar çıxararkən buna səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozma kimi halları göstərib.

Qeyd edək ki, bu il avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra respublikada nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb. Etiraz aksiyaları zamanı polis və daxili qoşunlar nümayişçilərə qarşı gözyaşardıcı qaz, səsli qumbara və rezin güllələrdən istifadə edir.

Daha sonra ölkənin ən böyük sənaye müəssisələrində etiraz tətili başlayıb, işçilər yeni seçkilərin keçirilməsini və nümayişlərdə nümayişçilərə qarşı sərt davranışa son qoyulmasını tələb ediblər. Müxalifət namizədlərinin hamısının qərargahı seçkinin nəticələrini tanımadıqlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi