Belarusda azərbaycanlı səfirin saatı oğurlanıb

Belarusda azərbaycanlı səfirin saatı oğurlanıb Minsk Hava Limanında Azərbaycanın Qazaxıstandakı səfirinin saatının oğurlanması ilə bağlı məlumat yayılıb.
Hadisə
9 aprel 2019 18:08
Belarusda azərbaycanlı səfirin saatı oğurlanıb

Minsk Hava Limanında Azərbaycanın Qazaxıstandakı səfirinin saatının oğurlanması ilə bağlı məlumat yayılıb.

"Report"un xəbərinə görə, Belarus KİV-iməlumat yayıb ki, hadisə martın 17-də baş verib. Belə ki, diplomat saatını biznes-zalda unudub. Qeyd edək ki, bu hadisənin Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun başına gəldiyi ilə bağlı məlumat yayılsa da, sonradan məsələyə aydınlıq gətirilib. Belə ki, olayın Rəşad Məmmədovla əlaqəsi yoxdur. Xatırladaq ki, hazırda ölkəmizi Belarusda təmsil edən səfir Lətif Qəndilov illər əvvəl Azərbaycanın Qazaxıstanda səfiri olub.


***

Belarus Respublikasının Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus Respublikasının Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, hadisə martın 17-si axşam saatlarında baş verib. Belə ki, Azərbaycanın Qazaxıstandakı səfiri biznes-zalda olarkən saatını unudub:

"Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı götürüb. Saatın itməsi barədə ərizə daxil olduqdan sonra Cinayət-Axtarış Şöbəsinin əməkdaşları bir neçə saat ərzində şübhəli şəxsin kimliyini müəyyənləşdirib və oğurlanmış saatı geri qaytarıb. Faktla bağlı Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi qaldırılıb".

Hadisədən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin daxili işlər naziri İqor Şuneviçə təşəkkür məktubu göndərib.

Son xəbərlər

Orphus sistemi