Yuxarı
    Bağlamaq

    Belarusda Azərbaycanın istəyi əsasında blogger saxlanılıb

    Azərbaycan dövlət sərhədi haqqında qanunu pozduğuna görə bloggeri beynəlxalq axtarışa verib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Belarusda Azərbaycanın istəyi ilə rusiyalı-israilli blogger Aleksandr Lapşin saxlanılıb.

    "Report" xəbər verir ki, blogger "Facebook" səhifəsində Azərbaycan tələbi ilə Minskdə saxlanıldığını yazıb.

    Qeyd edək ki, Azərbaycan dövlət sərhədi haqqında Qanunu və Azərbaycan Miqrasiya Məcəlləsini pozduğuna görə bloggeri beynəlxalq axtarışa verib.

    Azərbaycanın Xarici İşlər Nazirliyi daha əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını arzuolunmaz şəxslər siyahısına daxil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi