Yuxarı

Belarus və Qırğız prezidentləri Azərbaycan dövlət başçısına başsağlığı verib

Belarus və Qırğız prezidentləri Azərbaycan dövlət başçısına başsağlığı verib

Bakı. 7 mart. REPORT.AZ/ Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərlə qarşılandı.

Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Eyni zamanda Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi