​Avropaya qanunsuz miqrant aparan azərbaycanlı tutulub

​Avropaya qanunsuz miqrant aparan azərbaycanlı tutulub Belarusda Avropa İttifaqına qeyri-qanuni miqrasiya kanalının qarşısı alınıb
Hadisə
6 Yanvar , 2015 08:24
​Avropaya qanunsuz miqrant aparan azərbaycanlı tutulub
Bakı. 6 yanvar. REPORT.AZ/ Belarusun Dövlət Sərhəd Komitəsinin xüsusi təyinatlıları Avropa İttifaqına qeyri-qanuni miqrasiya kanalının qarşısını alıblar.

"Report" Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Komitəsinin mətbuat katibi Aleksandr Tişenko məlumat verib.

Onun sözlərinə görə, Qrodnen sərhədçilərinin xüsusi təyinatlılarla birgə həyata keçirdiyi əməliyyat zamanı Litvaya qanunsuz miqrasiya kanalının qarşısı alınıb. Əməliyyat nəticəsində kanalın təşkilatçısı, iki havadarı və Asiyadan olan 12 qanunsuz miqrant saxlanılıb.

Azərbaycan və Özbəkistan əsilli havadarlar iki mikroavtobusla Litva ilə sərhədə qanunsuz miqrant qrupu gətiriblər. Toplanış yerində onları təşkilatçı gözləyib. O, Çeçen əsilli Rusiya vətəndaşı olub və miqrantları sərhəddən keçirməyə hazırlaşıb.

Hazırda cinayətkar qrupla bağlı araşdırma aparılır, onların terrorçu və ekstremist fəaliyyətlərdə iştirakı yoxlanılır.

Son xəbərlər

Orphus sistemi