BƏƏ-dən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə qaytarılıb

BƏƏ-dən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə qaytarılıb Hadisə Tufandağ istirahət mərkəzində qeydə alınıb
Hadisə
28 Mart , 2017 13:04
BƏƏ-dən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə qaytarılıb

Bakı. 28 mart. REPORT.AZ/ BƏƏ-dən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə təhvil verilib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət edib.

Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi