Bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb

Bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
3 Avqust , 2015 14:00
Bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb

Bakı. 3 avqust. REPORT.AZ/ Mingəçevir şəhər sakini ehtiyatsızlıqdan dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 2-də Mingəçevir şəhər sakini Gülbadam Davudova yaşadığı mənzilin eyvanından yıxılıb. Nəticədə o, hadisə yerində ölüb.

Sumqayıt şəhərinin 13-cü mikrorayonunda H.Z.Tağıyev qəsəbə sakini İsmayıl Rüstəmov fəhlə işlədiyi ikimərtəbəli tikilinin damından yıxılıb. Nəticədə İ.Rüstəmov hadisə yerində ölüb.

Saatlı rayonunun Qırağlı kənd sakini Möhlət Abbasov su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Gədəbəy rayon sakini Könül Məmmədova isə yaşadığı “Qoca dağ” adlanan yaylaqdan qidadan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi