BDU-nun professorunun evindən oğurluq etməkdə təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb

BDU-nun professorunun evindən oğurluq etməkdə təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb Prokuror məhkəmədən vaxt istəyib
Hadisə
25 Oktyabr , 2017 10:57
BDU-nun professorunun evindən oğurluq etməkdə təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb
Report

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə iclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib.

Qeyd edək ki, M.Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. İttiham aktəna əsasən, o, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə ittiham olunur.

4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmadığını söyləyib.

İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.

Xatırladaq ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.

Son xəbərlər

Orphus sistemi