BDU-nun müəlliminin oğlunu bıçaqlayan şəxs hökmdən narazıdır

BDU-nun müəlliminin oğlunu bıçaqlayan şəxs hökmdən narazıdır Bakı Apellyasiya Məhkəməsində iki nəfərə xəsarət yetirməkdə təqsirli bilinən Tural Məmmədovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
25 Fevral , 2020 15:29
BDU-nun müəlliminin oğlunu bıçaqlayan şəxs hökmdən narazıdır
pexels.com

Bakı Apellyasiya Məhkəməsində iki nəfərə xəsarət yetirməkdə təqsirli bilinən Tural Məmmədovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Mahiyyəti üzrə baxış iclası martın 10-a təyin edilib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirli bilinib.

İş üzrə zərərçəkmiş qismində Əliyar Qasımov və Sabir Tarverdiyev tanınıblar. Təqsirləndirilən Tural Məmmədovla Əliyar Qasımov dost olublar. Hadisə baş verən gün Tural Əliyar Qasımovla qız üstündə mübahisə edib və ona bir neçə bıçaq zərbəsi endirib. Həmin vaxt orada olan Sabir Tarverdiyev də ayaq nahiyəsindən bıçaq zərbəsi alıb.

Əliyar Qasımov BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur.

Son xəbərlər

Orphus sistemi