BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti vəfat edib Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev vəfat edib.
Hadisə
9 Noyabr , 2021 13:37
BDU-nun dosenti vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev vəfat edib.

Bu barədə "Report"a BDU-dan məlumat verilib.

Bildiirlib ki, dosent 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Müseyib 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb. 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.

Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.

Son xəbərlər

Orphus sistemi